BRİKS Bəyannaməsi: BMT süni intellekt idarəetməsində mühüm rol oynamalıdır

Birləşmiş Millətlər Təşkilatının süni intellektin qlobal idarə olunmasında rolu var. 

Olaylar.az xəbər verir ki, bu barədə BRİKS-in Tatarıstanın paytaxtında keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş Kazan BRİKS bəyannaməsində deyilib.

BRİKS ölkələrinin liderləri BMT Baş Assambleyasının süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair konsensusla qəbul edilmiş qətnaməsini alqışlayıblar.

"Biz süni intellekt mövzuları üzrə məsləhətləşmələri dəstəkləyirik, o cümlədən BRİKS Gələcək Şəbəkələrin Tədqiqi İnstitutunda yaradılmış süni intellekt tədqiqat qrupu vasitəsilə", - sammit iştirakçıları bildiriblər.

Bəyannamədə qeyd olunur ki, 5G və peyk sistemləri kimi yeni texnologiyalar rəqəmsal iqtisadiyyatın inkişafını stimullaşdırmağa kömək edir.

Sammit iştirakçıları BRİKS ölkələrini internetin milli seqmentlərinin təhlükəsizliyini təmin etmək üçün birgə fəaliyyət imkanlarını araşdırmağa çağırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31