“Terrora qarşı birgə mübarizə daha da güclü olacaq”- ÖZƏL

"Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. Bu acı hadisə qəlbimizi yaraladı və biz qardaş Türkiyə xalqının kədərini ürəkdən paylaşırıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məslələri komitəsinin sədri Hicran Hüseynova deyib: "Terrora qarşı birgə mübarizəmiz, birliyimiz və həmrəyliyimiz daha da güclü olacaq. Həlak olanların ailələrinə və yaxınlarına səbr, yaralananlara isə tezliklə şəfa diləyirəm. Allah rəhmət eləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31