Bu məktub Ermənistanın narrativləri üzərində qurulub- ÖZƏL
23 Oktyabr 2024 15:38 SiyasətAmerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. O, məktubunda Azərbaycanı cari ildə sazişi yekunlaşdırmağa dəvət etdiyini qeyd edib.
"ABŞ prezidenti Co Baydenin məktubu məzmun etibarilə Ermənistanın narrativləri üzərində qurulub".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Ermənistanın maraqlarına cavab verən məsələlər qabardılıb və bu ilin sonuna qədər sülh sazişinin imzalanmasını təklif edir. Amma Ağ Ev sahibi unudur ki, bunun günahı Ermənistandadır. Ermənistan beynəlxalq hüquq normalarına uyğun şəkildə yekun sülh sazişi mətninin razılaşdırılmasından yayınmağa çalışır. Əgər Ağ Evdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını istəyirlərsə, Ermənistana bu məsələ ilə bağlı təzyiq göstərib rəsmi İrəvanın diqqətinə beynəlxalq hüquq normalarını xatırlatmaları lazımdır. Ona görə də hesab etmək olar ki, Co Baydenin məktubu daha çox siyasi manipulyasiyalar etmək cəhdi kimi diqqəti çəkir. ABŞ və digər Qərb siyasi dairələri bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən isə Ermənistana dəstək verir, hərbi revanşizmə cəsarətləndirirlər. Eləcə də ABŞ-də çox gözəl bilirlər ki, Azərbaycanın əsas şərtlərindən biri də Ermənistanın konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlıdır. Rəsmi Bakı həmin iddiaların konstitusiyadan çıxarılmasını istəyir. Əgər bu baş verməzsə, yekun sülh sazişi razılaşdırılmış olsa belə, həmin sənədin imzalanma ehtimalı demək olar ki, yoxdur. Burda da ilk növbədə ABŞ, eləcə də digər Qərb siyasi dairələrinin təmsilçiləri özlərinə sual verməlidirlər ki, əgər Ermənistanın konstitusiyasında ABŞ, Fransa ya da digər Qərb ölkəsinə qarşı ərazi iddiası olardısa, onlar necə davranardılar?"
Qiymət Mahir