6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub- ÖZƏL
23 Oktyabr 2024 14:18 Siyasət"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Ümumilikdə isə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. Bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis edildi".