Vətən müharibəsinin 29-cu günü Qubadlı rayonu işğalçılardan təmizləndi- ÖZƏL
23 Oktyabr 2024 11:45 Siyasət"Silahlı qüvvələrimiz uğurlu hərbi əməliyyatlarını davam və inkişaf etdirərək, 2020-ci ilin sentyabrın 27-də başlanan tarixi əks-hücumun 27-ci günü oktyabrın 23-də Qubadlıya daxil olaraq, rayon ərazisini Ermənistan silahlı qüvvələrindən təmizləməyə başladı. Həmin gün Qubadlının Zilanlı, Kürdmahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğalçı tapdağından azad edildi". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatını sədri Rövşən Əhmədov deyib: "Vətən müharibəsinin 29-cu günü oktyabrın 25-də isə müzəffər silahlı qüvvələrimiz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğalçılardan təmizlədi. Şəhərin azad edildiyini Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev özünün "twitter" hesabından və televiziya çıxışında elan etdi. O həyəcanlı günləri yaxşı xatırlayırıq. Prezidentin müharibə dövrü öz sosial media hesablarından etdiyi paylaşımlar, televiziya ilə xalqa müraciətləri ən yeni dövr tariximizin unudulmaz qızıl səhifələridir! Qubadlı rayonunun tam azad edilməsi əməliyyatı bir neçə gün çəkdi".