MEDİA Prezident İlham Əliyevin adından yayılmış saxta məlumatla bağlı açıqlama yayıb

"X" sosial şəbəkəsində "@Dr.EliDavid" adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılıb.

Olaylar xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyininin yaydığı məlumatda deyilir.

"Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın "X" sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır", - deyə əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31