Azərbaycanın suverenliyini bərpa etməsi bəzi qüvvələri narahat edir- ÖZƏL

"Azərbaycanın tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi  bəzi qüvvələri narahat edir"."Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Dövlət başçısının vurğuladığı kimi, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu heç kimdən soruşmadan, heç kimdən qorxmadan bərpa etdi. Bunu ölkəmizə  bağışlaya bilmirlər. Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. "Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq" söyləyən cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bildirdi ki,  hazırda anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydurur, tirajlayır, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər.  Cənab İLham Əliyev bu çağırışı etdi: "Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31