Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz- ÖZƏL

"Azərbaycan daim dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olur. Rəsmi Bakı ən yüksək tribunalardan ikili standartların yolverilməz olduğunu və buna son qoymağın vacibliyini bəyan edir". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib: "Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasını şərtləndirən  səbəblərdən biri məhz əksər dünya güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətmələri oldu. Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun 28 illik  fəaliyyətinə diqqət yetirmək kifayətdir. Quruma həmsədr olan ölkələrin təmsilçiləri iddia edirdilər ki, işğalçının adı ilə çağrılması birtərəflilik kimi qəbul edilə bilər. Vəziyyətdən çıxmaq üçün söylənilən bu fikir çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməzdi. Ədalətin və beynəlxalq hüququn yanında olmaq birtərəflilikdimi? Ermənistana dəstək olmaq, maddi və mənəvi dəstək göstərmək, silahlandırmaq necə dəyərləndirilir? İstər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Azərbaycan bu yanaşmaların  yaratdığı problemlərdən narahatlığını  daim bəyan edir və  bu çağırışı da səsləndirir ki, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31