ABŞ-ın Azərbaycana qarşı atdığı qərəzli addımları beynəlxalq hüquqa ziddir- ÖZƏL

"ABŞ-ın Azərbaycana qarşı qərəzli və ədalətsiz addımları isə beynəlxalq hüquqa ziddir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin depuatı Kamal Cəfərov deyib: "Buna qarşı olaraq, biz, Milli Məclisin bir sıra deputatları, Xarici İşlər Nazirliyimizdən konkret və qətiyyətli tədbirlər görülməsi üçün müraciət etdik.  İlk növbədə, ABŞ-la müdafiə və hərbi sahədə əməkdaşlıq sazişlərinin ləğvini, USAİD-in Azərbaycandakı fəaliyyətinin dayandırılmasını və yeni layihələrin qarşısının alınmasını xahiş etdik. Azərbaycan heç vaxt təzyiqlərə boyun əyməyib və xalqımıza qarşı yönəlmiş haqsızlıqlara həmişə layiqli cavab verib. Xalqımızın iradəsi sarsılmazdır, vətənimizin suverenliyi isə heç bir qüvvə tərəfindən təhdid edilə bilməz".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31