Qarabağ Universiteti həm də məfkurəvi istiqamət bazasına çevrilməlidir- ÖZƏL

"Elm və təhsil" komitəsinin payız sessiyası üçün tədbirlər planında belə bir bənd də yer almışdır: "Qarabağ Universiteti ilə tanışlıq və tələbələrə ustad mühazirələrin oxunması". Bununla bağlı müxtəlik təklif və fikirlərimizi səsləndirdik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib: "Düşünürəm ki, ölkənin mütəxəssislərini cəlb etməklə maraqlı elmi-ədəbi-ictimai mühit formalaşdırmaq olar orda. Elmi sessiyalar, disputlar, şair və yazıçılarla görüşlər, milli düşüncənin dərinləşməsinə xidmət edən əsərlərin təbliği və bunlarla bağlı mühazirələrin oxunması. Çünki Qarabağ Universiteti həm də məfkurəvi istiqamət bazasına çevrilməlidir. Yaddaş üçün, gələcəyimiz üçün!"
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31