Cənab Prezident tam haqlıdır

Azərbaycan xalqı kimin kim olduğunu bilməlidir

"Cəbrayılda yaşayış kompleksinin açılışı zamanı  Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi aşağıdakı sözlər bir daha göstərir ki, ABŞ-nin bu regionla bağlı beynəlxalq hüquqdan və ədalətdən tam uzaq siyasəti  heç də oradakı hay lobbisinin xidməti deyil. Qərbdə Ermənistandan necə geosiyasi alət kimi faydalanırlarsa,  hay diasporundan da eyni məqsədlə istifadə edilir. Yəni  Konqresdəkilərin  Azərbaycana qarşı sanksiya tələblərini elə Dövlət Departamentindəkilərin özləri yazıb ora göndərdikləri kimi, hay diasporunu da bir çox hallarda onlar üzərimizə qısqırdırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: " "Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir".
Məncə, burada artıq şərhə ehtiyac yoxdur və cənab Prezident tam haqlıdır, bəli, Azərbaycan xalqı kimin kim olduğunu bilməli,  bizə qarşı bu iyrənc oyunu oynayanlara da,  aramızdakı nökərlərinə də  adekvat  və prinsipial yanaşma sərgilənməlidir" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31