Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak etmək üçün oktyabrın 6-da Polşaya səfər edəcək.  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə ATƏT regionunda insan hüquqları və fundamental azadlıqlar üzrə aktual məsələlər müzakirə ediləcək.
Səfər oktyabrın 9-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31