Rusiyanın Azərbaycanla bağlı mövqeyi birmənalı deyil
5 Oktyabr 2024 10:43 SiyasətRusiyaya yeni səfir təyin edilən Rəhman Mustafayev etimadnaməsini Rusiya XİN müavini M. Qaluzinə təqdim edib. Bir neçə gün bundan əvvəl Ermənistanın Rusiyaya yeni təyin edilən səfiri də etimadnaməsini M. Qaluzinə təqdim etdi. "Olaylar"ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, erməni səfirin etimadnaməsini Vladimir Putin qəbul etmədiyinə görə Ermənistana aşağılayıcı mövqe qoyulduğu qeyd edilirdi: "Rusiya Azərbaycan səfirinin etimadnaməsini Ermənistanla eyni protokolda qəbul etdi. Azərbaycan səfirinin də etimadnaməsi XİN rəhbəri S. Lavrov qəbul etmədi. Halbuki ikitərəfli görüş keçirildi. Rusiyanın Azərbaycanla bağlı mövqeyi birmənalı deyil. Azərbaycana sözdə müttəfiq deyilir. Halbuki Rusiya prezidenti Vladimir Putin Azərbaycanın səfirinin etimadnaməsini şəxsən qəbul edə bilərdi. Görünür, Ermənistanın xətrinə dəyməmək üçün M. Qaluzin səviyyədə etimadnamə qəbul edildi. Bir dövlətin digər ölkəyə münasibəti protokol qaydalarında məlum olur. Rusiyanın Azərbaycana təyin edilən səfirlərin etimadnaməsi cənab prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilir".