Azərbaycan ilə Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə Bəhreyn Krallığının Müstəqil Ombudsman Təsisatı arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Olaylar-ın məlumatına görə, Memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əlaqələrin gücləndirilməsi, birgə təlim və tədqiqatların təşkili, informasiya mübadiləsinin və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, eləcə də, digər istiqamətlərdə əməkdaşlıq etməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31