Bu gün Azərbaycan dövləti bütün dünyaya sülh mesajı verir -Sahil Kərimli- ÖZƏL

"Son illərdə bütün dünyada təhlükəsizliyin və sabitliyin pozulması bəşəriyyət üçün çox ciddi təhdidlər və faciələrə gətirib çıxarır".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:

"Dünyada qanlı toqquşmaların,  qanlı müharibələrin baş verməsi, ölkələrin bir-birlərinə qarşı hərbi gücdən istifadə etməsi, insanlıq faciəsinin hər ötən gün artması digər ölkələr kimi Azərbaycanın da təhlükəsizliyinin və sabitliyinin bərqərar olunmasını şərtləndirir. Bu baxımdan Azərbaycan dövləti daim xarici təhdidlərin aradan qaldırılması, xarici təhdidlərə qarşı qətiyyətli, ciddi və sərt mübarizə aparmaq istiqamətində öz siyasətini qurur, öz milli təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün imkanlardan istifadə edir və bu istiqamətdə bütün imkanlar səfərbər olunur. Xüsusilə də Azərbaycan belə çətin, dünyada baş verən qeyri-sabit proseslərin cərəyan etdiyi dövrdə öz ərazi bütövlüyünü və suverenliyini təmin edib və biz bu gün Cənubi Qafqazda bununla yeni reallıqlar yaratmışıq. Azərbaycan dövlətinin əsas siyasi kursu bundan ibarətdir: dünyada sülhə və təhlükəsizliyə dəstək vermək, sülhün və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin əldə olunması üçün öz töhfələrini vermək, Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik əldə etmək. Bu gün Azərbaycan dövləti bütün dünyaya sülh mesajı verir. İstər Azərbaycanda keçirilən bir sıra beynəlxalq tədbirlərdə, istər Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq tribunalarda çıxışları və bəyanatlarında biz bunun şahidi oluruq ki, Azərbaycan xoşməramlı, xoşniyyətli sülhməramlı mesajlarını bütün dünyaya çatdırır və paralel olaraq da öz təhlükəsizliyini, öz sabitliyini qoruyub saxlamaq üçün bütün imkanları səfərbər edir. Bu gün Azərbaycan dövləti ordu quruculuğu, təhlükəsizliyin təmin olunması istiqamətində lazım olan bütün addımları atır. Bu gün Azərbaycanın güclü və qüdrətli ordusu var. Bu ordu  günü-gündən inkişaf edir, müasirləşir və yeni silah-sursatla təmin edilir. Bu da təbiidir. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bundan sonra da dayanıqlı qorunması üçün çox böyük önəm daşıyır. Bildiyimiz kimi, Cənubi Qafqazda işğalçı Ermənistan və onu dəstəkləyən bir sıra Qərb və Avropa dairələri daim çalışırlar ki, bölgəmizdə yeni müharibə və münaqişə ocağı yaratsınlar. Ona görə də Azərbaycan dövləti bütün bu çağırışlara, təhdidlərə qarşı daim öz preventiv və qətiyyətli tədbirlərini həyata keçirir". 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31