Azərbaycan nümayəndə heyəti AŞPA-ya qayıda bilər- ÖZƏL

"Avropa Şurası ilə Azərbaycan arasında konfidensial  danışıqlar gedir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "AŞPA-da anti-Azərbaycan ritorikalarına baxmayaraq yeni ildən Azərbaycan nümayəndə heyətinin iştirakını təsdiq edə bilərlər. COP29 -dan sonra həm Ermənistanla sülh məsələsində, həm də Qərblə əlaqələrdə yeni müsbət mərhələ başlanması istisna deyil. 
AŞPA-da Qarabağdan könüllü köçən ermənilərlə bağlı mövqelər bu təşkilatın nüfuzuna zərbə vurur. Ermənistan hökuməti Qarabağdan gedən ermənilərə vətəndaşlıq verir. Amma, bəzi beynəlxalq təşkilatlar bu məsələdə "etnik təmizləmə" axtarışına çıxıb. AŞPA -da insan hüquqları, seçki və demokratiya barədə tənqidi mövqelərə gəldikdə isə, bunu Qarabağ məsələsindən sonra gündəmə gətirmələri onların qərəzli olduğunu göstərir".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31