Zakir Həsənov Türkiyəyə işgüzar səfər edib
4 Oktyabr 2024 10:07 SiyasətAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - "TEKNOFEST 2024" festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Bu barədə Olaylar-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31