Yaxın Şərqdə qüvvələr nisbəti dəyişə bilər-Zeynal Əmrəliyev- ÖZƏL

"Bu müharibə Yaxın Şərqə birbaşa təsir edəcək gücdədir, yəni Yaxın Şərqdə qüvvələrin nisbətini dəyişdirə bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Görünür ki, həm İsrail, həm də İran tərəfi münaqişənin geniş areala keçməsində maraqlıdır və onların hərəkətləri də ətraf ölkələrə, xüsusilə də Körfəz ölkələrinə böyük ölçüdə zərbə vurub. Yaxın Şərqdə İranın davranışları ABŞ və Qərb ölkələrinin dəstəyini daha da artıra bilər. ABŞ və Qərb ölkələri daha da güclənə bilərlər. Eyni zamanda İsrailin İrana qarşı olan hücumları konkret olaraq İran daxilində SEPAH-ın güclənməsinə və proksi qüvvələrinə zəifləməsinə səbəb ola bilər. Bu baxımdan müharibənin uzanması hər iki tərəfdə bəzi qüvvələrə həm sərf edir, həm də regional müstəvidə çox tendensiyalara gətirib çıxaracaq bir hadisədir. Buna görə də münaqişə Yaxın Şərqdəki bəzi ölkələri, həm də əsasən körfəzin ərəb ölkələrini əhatə edə bilər. Çünki Körfəz ölkələrinə İrandan bəzi təhdidlər var. Bu gün də İran prezidenti Məsud Pezeşkian Qətərdə səfərdədir. Eyni zamanda SEPAH-ın bəzi generalları da bildirirlər ki, bunun fonunda, yəni Körfəz ölkələrindəki neft mədənləri, ABŞ-ə məxsus olan bazalar məsələn vurula bilər. İsrail maksimum dərəcədə çalışacaq ki, ABŞ-ni müharibəyə cəlb eləsin. Bu, ölkələrin nisbətinin dəyişməsinə səbəb olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31