Yeni Kaledoniyadan Bakıya təşəkkür məktubu göndərilib

Bir neçə saat öncə Yeni Kaledoniyada fəaliyyət göstərən Kanakinin siyasi məhbuslara dəstək kollektivi təşkilatımıza xüsusi məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov deyib.

"Həbs edilən şəxslərin ailələri təşkilatımız tərəfindən göstərilən dəstəyə görə xüsusi minnatlarlıq bildirir.

Vurğulamaq istərdim ki, bizim fəaliyyətimiz həm keçmiş, həm də indiki koloniyalar tərəfindən yüksək qiymətləndirilir.

Bildiyiniz kimi, keçmiş müstəmləkələrkə əməkdaşlığa 1-2 ay öncə başladıq. Əsasən, hazırda müstəmləkəçilik siyasətindən zərər çəkən, yəni hazırda müstəmləkə olan regionlarla sıx əməkdaşlıq edirik", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31