Qlobal savaşa qədər inkişaf edə biləcək təhlükə-Elçin Xalidbəyli- ÖZƏL

"Yaxın Şərqdə hərbi münaqişə artıq öz arealını ciddi şəkildə genişləndirib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"İsrailin hədəfində hazırda Livan var, Livana qoşun yeridilib. Hətta yaxın vaxtlarda İran-İsrail arasında hərbi toqquşmaların ehtimalı daha çox inandırıcı görünür. Əgər bu baş verərsə, bu halda Yaxın Şərq savaşı bütövlükdə regionu əhatə edə biləcək qədər təhlükəli görüntülər ala bilər. Əgər İsrail və İran arasında müharibə baş verərsə, bir çox ölkələr istəmədiyi halda belə bu savaşa müdaxilə etmək məcburiyyətində qala bilərlər. Xüsusilə də ABŞ İsraili müdafiə edəcəyini bəyan edib və bölgəyə yeni qüvvələr göndərməyə başlayıb. Bu, o deməkdir ki, ABŞ İsrailin tərəfindən bu savaşda iştirak edəcək. Eyni zamanda İranın tərəfindən də bu savaşa qoşula biləcək ölkələr mövcuddur. Bəzi ərəb ölkələri bu savaşda iştirak edə bilərlər və əgər bütün bunlar baş verərsə, son nəticədə Yaxın Şərq hərbi böhranı qlobal savaşa çevrilmə təhlükəsi yarada bilər. Bu halda da kollektiv Qərb daxilində müəyyən ziddiyyətlər yarana bilər, çünki Yaxın Şərq hərbi böhranına kollektiv Qərbin daxilində yanaşma tərzi ziddiyyətli xarakter daşıyır. İsraili dəstəkləyənlər də, Fələstinin müstəqil dövlət kimi təşəkkül tapmasında maraqlı olan ölkələr də var. Ona görə də bu iki qütb arasında müəyyən ziddiyyətlərin yaranma ehtimalı var. Ümumiyyətlə, əgər İsrail-İran müharibəsi baş verərsə, əminliklə demək olar ki, bu qlobal savaşa qədər inkişaf edə biləcək bir təhlükəli müharibə ola bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31