25 ildir ki, Fransanın qaradərililərə qarşı irqçiliyinin şahidi oluram - Aktivist

25 ildir ki, Fransanın qaradərililərə qarşı irqçiliyinin şahidi oluram.

Olaylar xəbər verir ki, bu barədə fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan tanınmış aktivist Kemi Seba jurnalistlərə açıqlamasında deyib.

"Mən 2 dəfə Fransada, 2 dəfə Afrikada həbs edilmişəm. Şansım gətirdi ki, mən onlardan xilas ola bildim. Bu gün də öz mübarizəmi davam etdirirəm. Fransa müstəmləkə sistemi bizə illərdir əziyyət edir.

Qərbin bizə olan zülmündəm yorulmuşuq. Bu səbəbdən Bakıya üz tutduq. Biz burada özümüzə dəstək axtarırıq. Bakı Təşəbbüs Qrupunu özümüzə səmimi dost olaraq görürük. Bakının bizim üçün nələr edə biləcəyindən xəbərdaram", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31