Deputat xarici dövlətləri Qərbi azərbaycanlıların qayıdış hüquqlarına dəstək verməməkdə qınadı- ÖZƏL

"Azərbaycanı erməniləri Qarabağdan çıxarmaqda ittiham edən xarici ölkələr, beynəlxalq güclər az qala hər gün  erməniləri müdafiə edirlər. Amma onlar heç vaxt Qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunmasına toxunmayıblar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Bir neçə gün öncə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi barədə fikirlər səsləndirdi. Maraqlıdır ki, ABŞ rəsmisi çıxışında 1990-cı ilə qədər Ermənistandan deportasiya edilmiş soydaşlarımız və 1990-cı ildən sonra Qarabağdan didərgin salınmış vətəndaşlarımız barədə ümumiyyətlə məlumatlıdırmı? Bu məsələyə birtərəfli yanaşma beynəlxalq hüquq normalara ziddir. Nə üçün ermənilərin Qarabağa qayıdış hüquqlarını müdafiə edən o dövlətlər, təşkilatlar Qərbi azərbaycanlıların deportasiya məsələsinə toxunmurlar? Ermənistanın cinayətlərini tam sükutla qarşılayan ABŞ ədalətli olmaq istəyirsə, ermənilərin Azərbaycana qarşı indiyədək törətdiyi çoxsaylı qanunsuz əməllərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini, Azərbaycana vurulan maddi və mənəvi ziyanın qiymətləndirilməsini və ödənilməsini tələb etməlidirlər. Qərbi azərbaycanlıların qayıdış məsələsi beynəlxalq hüquqa və fundamental insan haqlarına əsaslanır. Düşünürəm ki, Aşıq Ələsgərin Bakıda heykəlinin ucaldılması Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını bir amal ətrafında birləşdirəcək".

Alim Hüseynli
Olaylay.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31