Vüqar Əhmədov: Bu hərbi əməliyyatların arealının genişlənəcəyini düşünmürəm- ÖZƏL
3 Oktyabr 2024 12:31 Siyasət"Hələ ki, görünən odur ki, İsrail yaxın ətrafında olan ölkələrdə özünə qarşı potensial təhlükələri zərərsizləşdirmək üçün əməliyyatlar aparır, Hizbullah və Həmas hərbi qruplaşması sıradan çıxarılır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Hələlik bu hərbi əməliyyatların arealının genişlənəcəyini və digər Yaxın Şərq ölkələrinə keçəcəyini düşünmürəm. Lakin İranla-İsrail arasında gərginlik davam etməkdədir, müəyyən bir mərhələdən sonra ola bilsin ki, İsrail hərbi hava qüvvələri İranın hərbi bazalarına və nüvə obyektlərinə zərbə endirsin. Lakin bunu da genişmiqyaslı bir müharibə adlandırmaq olmaz, burada məqsəd İranı müəyyən addımlardan çəkindirmək məqsədi ola bilər. Bəllidir ki, İran Yaxın Şərqdə İsrailə qarşı mübarizə aparmaq üçün əsas dəstək verən ölkələrdəndir. Bu addımlarla İsrail İranı neytrallaşdırmaq məqsədi güdür, bu gün İranda mövcud olan dini rejimin mövcudluğu İsrailin maraqlarına cavab vermir".
Qiymət Mahir