Bakıda “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb (FOTO/VİDEO)
3 Oktyabr 2024 11:18 SiyasətBakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.
Olaylar xəbər verir ki, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.
Konfransda iştirak edən şəxslərdən biri də Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış aktivistdir. Kemi Séba uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.











Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31