Mirzoyan: Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük
2 Oktyabr 15:34 Siyasətİrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bütün riskləri öyrənir.
Olaylar xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
"Hər birimiz daha ehtiyatlı olmalıyıq. Dayanıqlılıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır", - o bildirib.
A.Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil: "Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük". (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31