Biz artıq Cəbrayıl üçün kədər göz yaşı tökmürük- ÖZƏL

"Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib: "Biz artıq 1993-cü il avqustun 23-də işğal olunmuş Cəbrayıl üçün kədər göz yaşı tökmürük. Cəbrayıl 44 günlük Vətən müharibəsində düşmən üçün əsl cəhənnəmə, kabusa çevrildi. Bir cınahını doğma Araz çayına, Cənubi Azərbaycana söykəyən igid oğullarımız rəşadətlə irəliləyərək düşmənə sarsıdıcı zərbələr vurdular. Cəbrayıl rayonunun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31