Aşıq Ələsgərin abidəsinin ucaldılmasının böyük mənəvi və siyasi əhəmiyyəti var- ÖZƏL

"Aşıq Ələsgərin 150 illik yubileyi məhz ümummili liderimizin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ miqyasında böyük təntənə ilə qeyd olunub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib: "Aşıq Ələsgər günləri həm Göyçədə, həm də Azərbaycanda yüksək səviyyədə keçirilib. Tədbirlər çərçivəsində Ağkilsə kəndində onun qəbirüstü abidəsi ucaldılıb. Aşıq Ələsgərin 175 illik yubileyi də respublikamızın müstəqilliyinin bərpa edildyi növbəti mərhələdə  - 1996-cı ildə Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə dövlət səviyyəsində keçirilib.

Bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər əsasən iki hədəfə yönəlir. Bu, bir tərəfdən xalqımızın zəngin mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, digər tərəfdən isə nəsillərin qan və gen yaddaşının yenilənməsidir. Dövlətimizin başçısı cənab İlham Əliyev də ulu öndər Heydər Əliyevdən qalmış bu siyasi ənənəni müasir çağırışlara uyğun daha əzmlə davam etdirməkdədir. 2021-ci ildə Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və onun abidəsinin ucaldılması ilə bağlı iki Sərəncam imzalayıb.

Məlum olduğu kimi, bundan öncə Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti də UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə onun dəstəyi ilə Heydər Əliyev Sarayında Aşıq Ələsgərin 190 illik yubiley gecəsi keçirilib. Tamamilə məntiqlidir ki, bu istiqamətdə atılan bütün addımlar ilk növbədə Prezident İlham Əliyevin siyasi iradəsi və təşəbbüsü ilə formalaşmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müddəaları ilə həmahəngdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31