Zəngəzur dəhlizinə nəzarəti Ermənistan və Azərbaycan təhlükəsizlik qüvvələri həyata keçirəcək- ÖZƏL

Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyini ortaya qoydu..
Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında qeyd edib ki, insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir. Üçüncü ölkələrin dəhlizə nəzarəti ilə razılaşmır və hər hansı bir sənəddə qeyd edilməyib.

"Olaylar"ın məlumatına görə, MCP Başqan müavini Məhəmməd Əsədullazadə qeyd edib ki, artıq Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması ilə razılaşıb, amma Rusiyanın bu dəhlizə nəzarət etməsini istəmir: "Əgər, Nikol Paşinyan bu yolun açılmasına etiraz etmirsə, Tehranın spekulyasiyalarına cavab verməlidir. Qeyd edim ki, İranın vitse-prezidenti bu iclasda iştirak edib. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və İran arasında danışıqlarin olması istisna deyil. Rəsmi Tehran Zəngəzur dəhlizi ilə bağlı qeyri-konstruktiv mövqeyindən geri çəkilməsi mümkün görünür. 

Zəngəzur dəhlizinə nəzarəti  Ermənistan və Azərbaycan təhlükəsizlik qüvvələri özləri həyata keçirəcək. Nə beynəlxalq təşkilata, nə də hər hansı bir dövlətə bu yola nəzarət etmək səlahiyyəti verilməyəcək. Sadəcə, Ermənistanla bu xüsusda sülh müqaviləsi bağlandıqdan sonra texniki şərtlər razılaşdırılmalıdır. Xüsusilə, Ermənistanın təhlükəsizlik işçisi ilə Azərbaycan vətəndaşının dəhliz boyu təması olmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31