Prezident bu fərmanda dəyişiklik etdi

"Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən,

- 2.1-ci bəndə "vətəndaşların" sözündən sonra "və xaricdə yaşayan azərbaycanlıların" sözləri əlavə edilsin.

- 2.2.3-cü yarımbəndə "vətəndaşların" sözündən sonra "və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların" sözləri əlavə edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31