Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
1 Oktyabr 2024 14:47 SiyasətRəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Bundan əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31