Azərbaycan XİN BƏƏ-nin Sudandakı səfirinin iqamətgahına edilən hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi BƏƏ-nin Sudandakı səfirinin iqamətgahına edilən hücumu pisləyib.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşıb.

"Biz Hartumda (Sudan) Birləşmiş Ərəb Əmirlikləri səfirinin iqamətgahına edilən hücumu qətiyyətlə pisləyirik. Diplomatik obyektlərə edilən hücum Vyana Konvensiyasının diplomatik münasibətlərə dair prinsiplərinin pozulmasıdır və bu, yolverilməzdir. Beynəlxalq hüquqa əsaslanaraq, diplomatik obyektlərin toxunulmazlığının təmin edilməsi son dərəcə vacibdir", - Nazirliyin "X" sosial şəbəkəsində bildirilir.

Qeyd edək ki, BƏƏ Xarici İşlər Nazirliyi daha əvvəl Sudanın hərbi təyyarəsinin BƏƏ səfirinin iqamətgahına zərbə endirdiyini və nəticədə binaya əhəmiyyətli ziyan dəydiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31