Rüşvət tələb olunması barədə məlumatlar daxil olduqca ciddi araşdırılır - Kamran Əliyev
1 Oktyabr 2024 10:07 SiyasətHəm Baş Prokurorluq, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daim korrupsiya ilə mübarizə məsələlərini diqqətdə saxlayır.
Olaylar xəbər verir ki, bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib.
O qeyd edib ki, bizə istər sui-istifadə halları, istərsə də rüşvət tələb olunması barədə vətəndaşlar tərəfindən məlumatlar daxil olduqca biz onları ciddi araşdırır və müvafiq tədbirləri həyata keçiririk.
"Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək", - deyə Baş prokuror bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31