Dövlət başçısı ölkəmizin təkmil iqtisadi modelini təqdim etdi- ÖZƏL
30 Sentyabr 2024 13:03 Siyasət"Dövlət başçısı İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri əsasında ölkəmizin təkmil iqtisadi modelini təqdim etdi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun sözlərinə görə, Cənab İlham Əliyev bəyan etdi ki, ilin sonuna qədər görüləcək işlər haqqında da fikir mübadiləsi aparılacaq: "Bütövlükdə deməliyəm ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir" fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, iqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir".