Parlament yeni qanunlar qəbul edəcək

Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında layihə müzakirəyə çıxarılıb. Olaylar-ın məlumatına görə, layihədə payız sessiyasında bir sıra yeni qanunların hazırlanacağı bildirilib.

Plana əsasən, "Minatəmizləmə haqqında" qanun layihəsi hazırlanacaq. Payız sessiyası çərçivəsində, həmçinin "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31