"Seçki prosesi şəffaf keçdi" - Məzahir Pənahov

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçib. Səsvermə günü bütün proseslər şəffaf keçdi. Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O, qeyd edib ki, seçkilərlə bağlı səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb.

M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər günü min məntəqədə vebkameralar vasitəsilə seçkilərin bütün dünyadan izlənilməsinə imkan yaradılıb: "Seçkilər müasir dövrün tələblərinə uyğun keçirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31