Müstəqil Azərbaycanın əbədi dövlət olmasının əsasında güclü iqtisadi inkişaf durur- ÖZƏL
30 Sentyabr 2024 12:41 Siyasət"İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. 30 ilin işğalı arxada qaldı, indi ölkəmiz genişmiqyaslı quruculuq, inkişafa qədəm qoyub və nəticələr göz qabağındadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Müstəqil Azərbaycanın əbədi və güclü dövlət olmasının əsasında güclü iqtisadi inkişaf durur. Dövlət quruculuğunun ilk illərində Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafın təməlini qoymaq üçün Ermənistanla atəşkəsə nail oldu. Ümummilli Liderin səyləri nəticəsində əldə olunan sabitlik ölkəmizə xarici investisiyaların qoyuluşuna böyük imkanlar qazandırdı. Bu, müstəqil Azərbaycan üçün yeni iqtisadi inkişaf yolu idi. "Əsrin müqaviləsi" ilə başlanan yol geləcək üçün böyük perspektivlər açdı. Bu yol bugünkü iqtisadi inkişafın təməlidir. Bununla dövlət quruculuğuna, uğurlu xarici siyasətə, sosial rifaha və ən əsası gələcəyin Zəfərinə geniş imkanlar açıldı".