Azərbaycan müstəqil siyasəti ilə dünyanın diqqətindədir- ÖZƏL

"Azərbaycan nəinki 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə də müstəqil siyasəti ilə dünyanın diqqətindədir". Olaylar xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Müharibənin dayandırılması ilə bağlı ölkəmizə çoxsaylı təzyiqlər göstərildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev mövqeyindən bir addım belə geri çəkilmədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması bütün məqamlara aydınlıq gətirdi. Belə ki, bu sənədə uyğun olaraq Kəlbəcər, Ağdam, Laçın müharibəsiz geri qaytarıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31