COP-29 Azərbaycanın artan nüfuzunun göstəicisidir- ÖZƏL

"Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir". Olaylar xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan yaxın zamanlarda mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu tədbir bir daha onu gösərir ki, yaşıl enerji keçidi prioritet məsələmizdir. COP29 Azərbaycanın artan nüfuzunun, söz sahibliyinin göstəricisidir. Ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi diqqətdədir. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31