44 günlük haqq savaşı xalqımızın bir yumruq ətrafında birləşdiyini nümayiş etdirdi- ÖZƏL
27 Sentyabr 2024 12:34 Siyasət"Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik və diplomatik məharəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və fədakarlığı sayəsində əzəli torpaqlarımız 30 illik işğaldan azad olundu. Milli dəyərlərinə hörmətlə yanaşan Azərbaycan xalqı öz tarixi müstəqilliyini, suverenliyini bərpa etdi. Tarixi 44 günlük haqq savaşı xalqımızın Vətənə olan sonsuz məhəbbətini, bir yumruq ətrafında birlik olduğunu nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin dövlətin ümumi siyasətinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb: "Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir". Əlbəttə ki, ölkə vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaq üçün yürüdülən düşünülmüş siyasət birbaşa iqtisadi sahədə inkişafla birbaşa bağlıdır. Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağının xoş müjdəsini də verdi".
Alim Hüseynli
Olaylar.az