ATƏT-in Minsk qrupu adı yalnız kağız üzərində qalmış bir təsisatdır- ÖZƏL

"Minsk Qrupu Ermənistan-Azərbaycan arasındakı "Dağlıq Qarabağ" münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı. İndi nə münaqişə, nə "Dağlıq Qarabağ", nə də bu yöndə danışıqlara ehtiyac var. Ortada hansısa mübahisəli məsələ yoxdur ki, həmsədrlər bu problemin həllinə vasitəçilik etsinlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Azərbaycan Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Belə olduğu halda, ATƏT-in Minsk qrupu aktuallığını itirmiş və adı yalnız kağız üzərində qalmış bir təsisatdır".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31