Prezidentin tövsiyələri qarşıda görəcəyimiz işlərin əsasıdır- ÖZƏL

"Prezident İlham Əliyevin müasir reallıqlar fonunda geniş və dəqiq faktlara əsaslanan proqram xarakterli çıxışında Qarabağın və Şərqi Zəngəzurun bərpası, azad olunmuş torpaqların iqtisadi inkişafı, sosial islahatlar, ölkəmizin dünyada artan nüfuzu, sülh müqaviləsinin imzalanması istiqamətində aparılan işlər və buna mane olan revanşist qüvvələr, həmçinin bəzi beynəlxalq qurum və dövlətlər barədə ictimaiyyəti məlumatlandırıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "Dövlət başçısı qeyd edib: "Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır". Prezidentin tövsiyələri, vurğuladığı məqamlar qarşıda görəcəyimiz işlərin əsasıdır. Dövlət başçısı parlament üzvlərini onlara etimad göstərmiş xalqın yanında olmağa, daim məsuliyyətli və şəffaf fəaliyyət göstərməyə çağırıb".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31