44 günlük Vətən müharibəsinin başlandığı nöqtə- ÖZƏL

"27 sentyabr Anım günüdür və tariximizdə hər zaman bu cür yad olunacaq. Böyük zəfəri bizə qazandıran mübarək 44 günlük müharibənin başlandığı nöqtədir 27 sentyabr. Azad olunan Qarabağ, fəth olunan Şuşa, işğalçıdan təmizlənən Vətən torpağı!" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib: "Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın göz önünə sərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı  isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31