Bu cür siyasət, regionda sülhə nail olma səylərinə zərbə vurur...- ÖZƏL

"Fransa Prezidenti Makronun Azərbaycanın Ermənistana təzyiq göstərməyə davam edəcəyi təqdirdə Fransanın Ermənistanın yanında olacağına dair bəyanatı, regionda obyektivlikdən uzaq, birtərəfli bir mövqe kimi qiymətləndirilir. Fransanın bu addımı, Cənubi Qafqazdakı geosiyasi reallıqları nəzərə almadan  öz maraqlarını üstün tutan və regionda sabitliyə töhfə verməyən bir yanaşmanın göstəricisidir". 

Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:

"Fransa, beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək əvəzinə, açıq şəkildə tərəf tutaraq münasibətləri daha da gərginləşdirir. Bu cür siyasət, regionda sülhə nail olma səylərinə zərbə vurur və neytrallığı qorumaq prinsiplərinə ziddir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31