Emmanuel Makron ənənəvi Fransa siyasətini davam etdirir- ÖZƏL
26 Sentyabr 2024 17:38 Siyasət"Emmanuel Makron ənənəvi Fransa siyasətini davam etdirir. Birincisi, Azərbaycanın Ermənistana hansl təzyiqi var?-bundan danışmaq lazımdır. Bu gün Azərbaycan sülhü istəyən tərəfdir və sülhü istəyən Azərbaycan təbii ki, sülh müqaviləsinin imzalanmasından yanadır".

Bu fikirləri siyasi şərhçi Kazım Kazım Olaylar.az-a açıqlamasında bildirib:
"Müxtəlif avantüralara və fərqli qeyri-etik siyasi əməllərə əl atan hələ də Ermənistan tərəfidir. Prosesi uzadırlar, konstitusiyadakı maddələri dəyişdirmirlər və Azərbaycanı xaricə şikayət etməklə məşğuldurlar. Belə olan təqdirdə Makron gerçəkləri görmür, sırf erməni lobbisindən dəstək almaq üçün Cənubi Qafqazda Fransanın təsir dairəsini gücləndirmək üçün boç açıqlamalar verir. Digər tərəfdən Emmanuel Makron onsuz da olduğu qədər Ermənistanın yanındadır, Ermənistanın haqsız mövqeyini bütün dünyada müdafiə edir. Açığı isə Fransanın Ermənistana artıq edə biləcəyi heç nə yoxdur. Fransa anlamalıdır ki, beynəlxalq siyasətdə heç də əsas oyunçulardan biri deyil. Qarabağ məsələsində ümumiyyətlə, Azərbaycana qarşı heç bir ciddi təsir gücünə malik deyil. Ona görə bu söylənənlər Fransanın daxili siyasətinə, erməni lobbisi ilə iş birliyinə hesablanıb".
Zeynəb Rzayeva