Bakını özünün dürüst və qətiyyətli mövqeyindən heç bir qüvvə ayıra bilməz- ÖZƏL

"Bu bəyanat  olduqca absurd bəyanatdır, çünki  Azərbaycanın Ermənistana bu günə qədər heç bir təzyiqi olnayıb. Bu təzyiq Fransa kimi güclərin müstəmləkəçilik siyasəti çərçivəsində tətbiq etdikləri təzyiq kimi deyil. Əgər belə bir təzyiq mövcud olubsa da, bu beynəlxalq hüquq prinsiplərinin təminatı üçün edilən təzyiq idi". 

Bu fikirləri siyasi şərhçi Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:

"Ermənistana öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək baxımından edilən təzyiq idi və bu təzyiq imkanlarını da biz heç bir zaman qaydalardan kənar həyata keçirməmişik. Hər zaman istənilən addımımızda biz BMT Nizamnaməsini, bütövlükdə hüquq prinsiplərini, beynəlxalq hüquq anlayışını prioritet, ideal elan edərək atmışıq. Fransa sıraladığım bütün bu anlayışlara  tamamilə yad bir dövlətdir. Təbii ki, bu sadəcə riyakarlıqdır. Fransanın ikili standart çərçivəsini belə aşmasıdır. Bu, Ermənistanı sabotaj meyllərinə yönləndirmək siyasətinin bir nümunəsidir. Bu kimi bəyanatlar, fikirlər, hətta bunun praktikası belə Azərbaycanı öz haqq yolundan döndərə  bilməz. Fransa 2020-ci ilin sentyabrına qədər də Ermənistanı indiki şəkildə dəstəkləyirdi. Postmünaqişə dövründə də dəstəkləməyə davam edir. Ancaq biz ərazi bütövlüyümüzün təminatına yol açdıq, konstitusiya hüquqlarımızı suverenliyimiz çərçivəsində bərpa etdik. Biz Fransa kimi güclərin maraqlarının hansı kontekstdə olmasından asılı olmayaraq bayrağımızı Xankəndidə dalğalandırdıq, Laçının dəhliz formatında işləkliyini və qaçaqmalçılıq yoluna çevrilməsinin qarşısınl almış olduq. Bütövlükdə suverenliyimizi təmin etdik və bundan sonra atdığımız bütün addımlar da, fundamental problemlərin həlli də, ən başlıcası da separatizmin ləğvinə nail olmağımız da bir daha göstərdi ki, Bakını özünün dürüst və qətiyyətli mövqeyindən Fransa da daxil olmaqla heç bir qüvvə ayıra bilməz".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31