Əziz Əlibəyli: Müasir dövrdə kolonial sistem saxlamaq mümkün deyil- ÖZƏL
26 Sentyabr 2024 14:38 Siyasət"Karib dənizi hövzəsində yerləşən Martinik adası və adada yaşayan xalq öz müqəddəratını təyin etmə hüquqlarına malikdir. Təəssüf ki, Fransa tərəfindən onların hüquqları məhdudlaşdırılır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"Bilavasitə BMT-nin nizamnaməsinin 1-ci maddəsi, yəni xalqların öz müqəddaratını təyin etmək hüququnu tapdayır. Prinsipə əsaslansaq, Martinik xalqı suverendir və müqəddaratlarını özləri təyin etməlidirlər. Fransa isə Martinikdə statusu dəyişmək istəyir, ciddi şəkildə müstəqilliklərinə qarşı çıxır. Ümumiyyətlə, belə bir məsələ çox önəmlidir. Müstəmləkəçilik və post-müstəmləkəçilik dövrü yaşayan xalqların azadlıq və suverenlik uğrundakı mübarizəsini Martinik adasının xalqı müasir dövrdə təmsil edir.
Başqa önəmli məsələ şübhə yoxdur ki, bunun nəticəsi necə olacaq? Bakı Təşəbbüs Qrupuna baxsaq, neokolonializmdə Fransanın müasir müstəmləkə siyasətinə qarşı aparılan böyük, qlobal hərəkat ədalət prinsiplərinin təsbit olunmasına yönəlik nəticələrə səbəb olacaq. Bunun qarşısını almaq mümkün deyil. Necə ki tarix boyu Fransa imperiyası çökdü, Fransa bu ölkələri tərk etmək məcburiyyətində qaldı. Bu üçüncü mərhələdir, üçüncü mərhələdə də okeaniya dövlətləri, ada dövlətləri müstəqilliklərinə qovuşacaq. Müasir dövrdə kolonial sistem saxlamaq mümkün deyil. Müasir dövrdə demokratiyaya, beynəlxalq hüquqa qarşı çıxmaq həmin dövlətin özünün siyasi ayarlarını poza biləcək addımlara səbəb olur. Bu mənada mümkün deyil ki, Martinik xalqının da gələcəyinə təsir göstərən addımları Fransa bloklaşdıra bilsin. Proses təbii prosesdir".
Qiymət Mahir