Rəsmi Bakının tələbi dayanıqlı sülh müqaviləsidir- ÖZƏL
26 Sentyabr 2024 14:00 Siyasət"Bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Məlumdur ki, görüş Ermənistan rəhbərliyinin sülh müqaviləsi ilə bağlı prosesi fərqli şəkildə şərh etməsi fonunda baş tutmaqdadır. Paşinyan 3 maddəni sənəddən çıxararaq əsas mövzuları ixtisar edib, bu isə, gələcəkdə münasibətlərin kövrək sütunlar üzərində qurulması deməkdir".

"Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:
"Rəsmi Bakının tələbi dayanıqlı və həmişəlik müqavilədir. Bunun üçün isə, iki xalq və dövlət arasında əsas ziddiyyət həllini tapmalıdır. Erməni xalqı referenduma gedərək Azərbaycan ilə münasibətləri gələcəkdə hansı istiqamətdə görmək istəmələrini ortaya qoymalıdır. Nikol Paşinyan danışıqlar prosesindəki əsas prinsipləri bilə - bilə masanın üzərində olan son mətnin müzakirəsini düz 70 gün gecikdirdi. Təbii ki, şüurlu şəkildə. Məqsəd bəllidir. Xatırladım ki, hazırda sülh müqaviləsi mətninin əsas prinsipləri demək olar kı razılaşdırılıb".