Rusiya Qərbə meydan oxuyur- ÖZƏL
26 Sentyabr 2024 13:31 Siyasət"Ukraynaya Qərb nüvə silahı verərsə, eyni məzmunla prezident Volodimir Zelenski Ukraynanin ərazisini və suverenliyini adi silahlarla hücum edilərsə, nüvə silahından istifadə edəcəyini elan etməsi mümkündür. Necəki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin nüvə doktrinasında dəyişikliklər edərək, adı silahlarla hücum olarsa, nüvə silahı işlədə biləcəyini bəyan etdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiya Ukraynanın digər ərazilərə hücum edəcəyindən, Qərbin verdiyi silahlarla Rusiyanin dərinliklərinə zərbə endirməyindən çəkinir. Çünki, bu Rusiya daxilində ciddi narazılıga və etirazlara gətiririb çıxara bilər. V. Putinin bu qərari Rusiyanın adı silahlarla döyüşə bilmədiyini və ordusunun Ukrayna qarşısinda zəif olduğunu göstəricidir. Təbii ki, Rusiya Ukrayna qoşunlarına nüvə silahı tətbiq edə bilməz. Vaşinqton Ukraynaya verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməsinə icazə verə bilər. V. Putin nüvə təhdidi ilə Qərbi şantaj və təhdid edir. Qərb liderləri V. Putinin nüvə şantajından çəkinərsə, Ukrayna və Şərqi Avropa Moskvanın nəzarətinə keçə bilər. Demək olar ki, Rusiya və Ukrayna müharibəsində yeni bir mərhələ başlayir".