Martinika xalqı müstəqillik hüququnun təmin edilməsi üçün haqlı etirazlar edir- ÖZƏL
26 Sentyabr 2024 13:53 Siyasət"Tarixdən gələn imperialist iddialarını bu gün də davam etdirən Fransa dənizaşırı bölgələrində yerli xalqların öz müqəddəratını təyin etmə hüququnu BMT Nizamnaməsini görməzdən gələrək pozur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
"Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa Fransa müstəmləkəçiliyindən tam azad olunmaq üçün mübarizələrini davam etdirirlər. Oxşar siyasətin qurbanı olan Karib dənizində, Fransa materikindən təqribən 7 min kilometr uzaqlıqda yerləşən 350 min əhalisi olan Martinika xalqı da özünüidarə və ya müstəqillik hüququnun təmin edilməsi üçün haqlı olaraq etirazlar edir. Beynəlxalq hüququnun norma və prinsiplərini öz siyasi alətinə çevirən Paris müstəmləkə sistemini davam etdirərək BMT qətnaməsinin müddəalarını heçə sayır.
Müxtəlif vaxtlarda keçirilən qanunsuz referendumlarla beynəlxalq sənədlərə və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Martinik Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanındı və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edildi. Bu da ərazidə seçkilərin nəticələrinin saxtalaşdırılması və Fransanın qanunsuz fəaliyyətini daha da gücləndirdi. Yerli əhalinin iradəsini əks etdirməyən seçkilər Fransanın qanunsuz davranışları üçün şərait yaratdı. Haqlı olaraq isə yerli xalqlar etiraz etmək istədikdə Fransa zorakı üsullarla bu aksiyaları yatırır. Beynəlxalq ictimaiyyət isə Fransanın bu cinayətlərini görməzdən gəlir, Parisə təzyiq göstərmir. Bu istiqamətdə heç bir addım atılmadıqda isə Martinik xalqının iqtisadi haqları da ciddi şəkildə pozulur, Fransa mövcud siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir. Fransa dövlətinin müstəmləkə siyasəti Martinikdəki iqtisadi və sosial ədalətsizliyi də artırır, Parisin öz məqsədləri naminə zərərli maddələrdən istifadə etməsi, müxtəlif təhlükəli sınaqları isə xərçəng xəstəliyi göstəricilərini yüksəldir, demoqrafik vəziyyətə mənfi təsir edir".
Qiymət Mahir