Blinken bu gün Mirzoyanı inandırmalıdır - Politoloq
26 Sentyabr 2024 13:13 SiyasətDövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bugünkü üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, Ermənistan XİN başçısını və onun vasitəsilə Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır.
Olaylar.az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu ABŞ-da keçiriləcək üçtərəfli görüşü şərh edərkən deyib.
"Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdırlar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib, onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq. Əks halda bugünkü üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq", - Şahinoğlu əlavə edib.